Ronaldo qardaşını xilas etməyə çalışır
Bizi izləyin

İdman

Ronaldo qardaşını xilas etməyə çalışır

Ronaldo qardaşını xilas etməyə çalışır

“Real”ın ulduzu Kriştiano Ronaldonun qardaşı Uqu Aveyra spirtli içkilərə aludəçilikdən əziyyət çəkir.

Publika.az xəbər verir ki, Çempionlar Liqasının finalından əvvəl Uqu Ronaldoya söz verib:

“Qalib gəlsəniz, spirtli içkilərin qəbulundan əl çəkəcəm”.

Ronaldonun final qarşılaşmasından dərhal sonra tribunalara gedərək qardaşı ilə qucaqlaşması diqqətdən yayınmamışdı.

Futbolçunun atası 2005-ci ildə spirtli içkinin yaratdığı xəstəlikdən vəfat edib. Alkaqollu içkilər onun qaraciyərıinıisıradan çıxartmışdı.

Bunu nəzərə alan futbolşu qardaşının da eyni aqibəti yaşamaması üçün onu müalicə etdirmək istəyir.

Ronaldonun anası Maria Dolores məsələ haqda bunları deyib:

“Ronaldo hər vaxt ailəsinə kömək edib. O, bütün qüvvəsi ilə çalışır ki, qardaşını pis vərdişdən çəkindirsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm