“Qarabağ”ın kapitanı: “Futbolumuz uçuruma doğru gedir”
Bizi izləyin

İdman

“Qarabağ”ın kapitanı: “Futbolumuz uçuruma doğru gedir”

“Qarabağ” futbol klubunun kapitanı Rəşad Sadıqov komandanın Çempionlar Liqasından ələnməsindən sonra açıqlama verib.

Publika.az xəbər verir ki, kapitan liqadakı müşahidələrindən və klubun hazırki vəziyyətindən söz açıb:

"Bu gün uşaqlarla "Atletiko" və "Çelsi" kimi komandaların bazasına gedirik. Bazaya çatanda görürük ki, artıq 1:0 geridəyik. Orada çoxlu meydançalar var. Bizim futbolçular Azərbaycan çempionatında yaxşı ot örtüyü olan meydança görmürlər. Düşünürəm ki, bunlar bu günün problemləri deyil.

Qlobal dəyişikliklər etməliyik. Fikirləşirəm ki, getdikcə geriləmə baş verir. Bir ildən çox akademiyalardayam. 17-19 yaşlılara baxıram. 21 yaşlılar, onsuz da, göz qabağındadır. Hər il geriyə doğru gedirik. Bu akademiyalar ilə bağlıdır. Akademiyalarda daha yaxşı iş qurulmalıdır. Futbolçular akademiyalardan yetişməlidir. Məhəllədə futbol öyrənə bilməzlər. Bəzi detallara akademiyalarda fikir verilmir. Daha detallı işləmək lazımdır. Çox vaxt ayırmaq lazımdır. Bundan sonra milli səviyyəsində çıxış etmək olar.

Elə mövqelər var ki, onların artıq "nəsli kəsilir". Məsələn, Azərbaycanda hücumçu yetişmir. Avropa səviyyəsində, milli səviyyədə müdafiəçi yoxdur. Forvardların boyu qısalır. Ya da ağırdırlar deyə topla rəftarları zəifdir. Akademiyalarda belə hallara önəm vermək lazımdır. Futbolumuz uçuruma doğru gedir".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm