"Qarabağ"ın prezidenti legionerləri hədəf aldı: “İmkanımız çatmır”
Bizi izləyin

İdman

"Qarabağ"ın prezidenti legionerləri hədəf aldı: “İmkanımız çatmır”

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl komandanın Çempionlar Liqasındakı çıxışından sonrakı hədəflərini açıqlayıb.

Publika.az xəbər verir ki, prezident qarşıdakı hədəflərin yerli futbolçular yetişdirmək olduğunu deyib:

“Hazırda büdcə məhdudiyyətimiz var. Bu da böyük klub saxlamağa imkan vermir. Əsas ağır yük sponsorun üstünə düşdüyü üçün buna məcburuq.

Buna görə də artıq xarici legionerlərlə deyil, öz yetirmələrimizlə oynamağı üstün tutacağıq. Çünki "Qarabağ" ən vacib bir oyunçunun itkisini sığortalamaq üçün böyük əziyyətlər çəkir. Tam 20-25 nəfərlik peşəkar komanda saxlamağa isə imkan çatmır".

T.Gözəlin bu sözlərinin mövsüm sonunda bəzi legionerlərin komandadan ayrılmasına işarə olduğu ehtimal edilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm