Messinin bu fotosu Madridlə Barselonanı qarışdırdı
Bizi izləyin

İdman

Messinin bu fotosu Madridlə Barselonanı qarışdırdı

Messinin bu fotosu Madridlə Barselonanı qarışdırdı

Bir foto dünya mətbuatının gündəminə düşüb.

Belə ki, “Barselona”nın ulduzu Messinin əzəli rəqib “Real”ın formasında fotosu yayılıb. İddialara görə, "Real" formasını geyinən və şapka taxan "Barselona"nın ulduzu Lissabonda keçirilən Çempionlar Liqasının finalını izləyib. Publika.az xəbər verir ki, "Real" azarkeşlərinin tribunasında oturan argentinalı tanınmamaq üçün belə bir addım atıb.

Oyunu canlı izləyən bir azarkeş mətbuata açıqlamasında "Tribunadan Messini gördüm, bundan əminəm" deyib.

Hələlik fotonun saxta olub-olmadığı bəlli deyil.

Qeyd edək ki, bu görüntü sosial şəbəkələrdə hər iki komandanın azarkeşləri arasında mübahisəli yazışmalara səbəb olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm