İdman
Çempionlar Liqasında rəqiblər müəyyənləşdi - YENİLƏNDİ
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin
püşkü atılıb.
Publika.az xəbər verir ki, püşkün nəticələri aşağıdakı kimidir:
“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)
“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)
“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
“Real” (İspaniya) - PSJ (Fransa)
“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)
“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)
“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)
Əlavə edək ki, 1/8 final mərhələsinin ilk görüşləri gələn il
fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və
13-14-də keçiriləcək.
***
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Artıq nəinki, Avropanın, hətta bütün dünyanın futbolsevərlərinin gözü püşkatmaya çevirilib.
Publika.az xəbər verir ki, püşk nəticəsində Türkiyənin yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşəcək.
G qrupunun lideri kimi mərhələ adlayan "qara qartallar" "səpələnmişlər" səbətində yer alacaq. Bu isə o deməkdir ki, Şenol Günəşin baş məşqçisi olduğu kollektiv daha aşağı reytinqlilərdən ibarət "səpələnməmişlər" səbətindəki komandalardan biri ilə üz-üzə gələcək. "Qarabağ"ın mübarizəni dayandırdığı C qrupundan İtaliya "Roma"sı "səpələnmişlər", İngiltərənin "Çelsi" komandası isə "səpələnməmişlər" sırasında olacaq.
Qaydalara əsasən, 1/8 final mərhələsində eyni ölkənin iki komandası bir-biri ilə üz-üzə gələ bilməz. Qrup qalibləri isə ilk görüşünü 13-14 fevralda və ya 20-21 fevralda səfərdə, cavab oyununu isə 6-7 martda və ya 13-14 martda evdə keçirməlidir.
"Səpələnmişlər": "Mançester Yunayted" (İngiltərə), PSJ (Fransa), "Roma" (İtaliya), "Barselona" (İspaniya), "Liverpul" (İngiltərə), "Mançester Siti" (İngiltərə), "Beşiktaş" (Türkiyə), "Tottenhem" (İngiltərə)
"Səpələnməmişlər": "Bazel" (İsveçrə), "Bavariya" (Almaniya), "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Sevilya" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Portu" (Portuqaliya), "Real Madrid" (İspaniya)
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Zümrüd
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək