“Borussiya Dortmund”a yeni baş məşqçi gəldi
Bizi izləyin

İdman

“Borussiya Dortmund”a yeni baş məşqçi gəldi

Almaniyanın “Borussiya Dortmund” komandasının baş məşqçi postuna yeni mütəxəssis təyin edilib.

Publika.az xəbər verir ki, Bundesliqanın liderliyindən 7-ci pilləyə düşən komandanın baş məşqçisi Peter Bosz vəzifəsindən uzaqlaşdırılıb.

Onun əvəzinə isə bir müddət əvvəl “Köln” komandasından ayrılan Peter Stöqer gətirilib.

Qeyd edək ki, hər iki baş məşqçi eyni səbəbdən keçmiş komandalarından ayrılıb. “Ayaks” komandasından ayrılaraq “Borussiya Dortmund”a gələn Peter Bosz da, ötən mövsüm UEFA Avropa Liqasına qatılmaq şansı əldə edən “Köln”ün keçmiş baş məşqçisi Peter Stöqer də komandada baş verən uğursuzluqlar səbəbilə postlarını tərk ediblər.

Bundesliqaya bu mövsüm fırtına kimi başlayan “Borussiya Dortmund” çıxdığı ilk 7 matçda 6 qalibiyyət, 1 bərabərlik əldə edib. Daha sonra çıxdığı 8 matçda isə 4 bərabərlik, 4 məğlubiyyət qazanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm