Dəqiqə bir, qol bir - Almanlardan Türkiyəyə böyük YANLIŞLIQ
Bizi izləyin

İdman

Dəqiqə bir, qol bir - Almanlardan Türkiyəyə böyük YANLIŞLIQ

Çempionlar Liqasının 1/8 final mərhələsində qardaş ölkənin təmsilçisi “Beşiktaş” ilə qarşılaşacaq “Bavariya”nın baş məşqçisi Yupp Haynkes açıqlama verib.

Publika.az xəbər verir ki, təcrübəli məşqçi “Beşiktaş”ı tanıdığını və növbəti mərhələyə keçmək üçün üst səviyyəli performans göstərmələri lazım olduğunu bildirib:

“Beşiktaş”ı çox yaxından tanıyıram. Son olaraq “Leypsiq”lə matçını izləmişəm. 4 qalibiyyət, 2 bərabərliklə qrupdan çıxıblar. Çox yaxşı bir baş məşqçisi var. Bu asan bir vəzifə olmayacaq. İrəliləmək istəyiriksə, iki matçda da üst səviyyəli oyun sərgiləməyimiz lazımdır”.

Qeyd edək ki, Çempionlar Liqasının ən həyəcanlı matçlarından hesab olunan “Bavariya” - “Beşiktaş” matçı 20 fevral tarixində Almaniyada baş tutacaq.

Bu arada, Almaniya təmsilçisinin rəsmi internet səhifəsində böyük bir yanlışlığa yol verilib. Belə ki, rəqib təqdim edildikdən sonra matç haqqında məlumat verilib və revanş matçının keçiriləcəyi İstanbul şəhəri Türkiyənin paytaxtı kimi göstərilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm