“Arsenal”a rəqibindən OLAY İSMARIŞ: “Vengerin zəncirbəndini bağladığından əmin olun”
Bizi izləyin

İdman

“Arsenal”a rəqibindən OLAY İSMARIŞ: “Vengerin zəncirbəndini bağladığından əmin olun”

Avropa Liqasının 2-ci mərhələsinin püşkatma mərasimindən sonra dünyanın ən məşhur futbol komandaları matçlar başlamadan bir-birinə “qol” atmağa başlayıb.

Publika.az xəbər verir ki, “Arsenal” ilə qarşılaşacaq “Ostersunds” komandası sosial media hesabından rəqibinə ismarış göndərib.

“Arsenal” tvitter hesabından püşkatmaya işarə olaraq “Yaxında görüşərik” paylaşımı edib. “Ostersunds” isə rəsmi hesabından rəqib komandanın baş məşqçisi Arsen Vengerin maraqlı videosunu paylaşıb. Videoda baş məşqçisinin gödəkçəsini bağlayarkən yaşadığı problem əks olunub. “Ostersunds”lular isə video ilə birlikdə “Xahiş edirik, Arsen Vengerin gödəkçəsinin önünü bağladığından əmin olun. Fevralda Ostersunds çox soyuq olacaq” göndərməsini ediblər.

İki komandanın bu atışması sosial mediada sürətlə yayılıb və böyük maraqla qarşılanıb.

Qeyd edək ki, İçveçrənin “Ostersunds” komandası bu il Avropa Liqasının ən iddialı komandalarından hesab edilir. Türkiyənin “Qalatasaray” komandasını liqadan uzaqlaşdırandan sonra diqqətləri üzərinə çəkən komanda qrupunu 3 qalibiyyət, 2 bərabərlik, 1 məğlubiyyətlə başa vurub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm