İtaliya çempionatında BOYKOT TƏHLÜKƏSİ
Bizi izləyin

İdman

İtaliya çempionatında BOYKOT TƏHLÜKƏSİ

"Latsio" futbol klubunun rəhbərliyi hakimlikdən narazılıq səbəbindən İtaliya A Seriyasının oyunlarını boykot etməyi nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə "Premium Sport" nəşrinə istinadən "Football Italia" yazıb.

"Qartallar"ın sahibi Klaudio Lotito hesab edir ki, onun komandasına qarşı planlaşdırılmış şəkildə kampaniya aparılır və bu, romalıların mövsümü dördüncü pillədə başa vurmasına mane olmağa yönəlib.

"Latsio" ötən gün İtaliya A Seriyasının 16-cı turu çərçivəsində "Torino" ilə keçirilən matçın yarısını on nəfərlə oynayıb. Bundan əlavə, hakim romalıların xeyrinə penalti təyin etməyib və matç turinlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Latsio" İtaliya çempionatında 15 oyundan sonra 32 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm