"İlin qalibləri" müəyyənləşdi - SİYAHI - - FOTOLAR
Bizi izləyin

İdman

"İlin qalibləri" müəyyənləşdi - SİYAHI - - FOTOLAR

Bu gün İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində "9 ilə 13" adlı mükafatlandırma mərasimi keçirilib.

Publika.az xəbər tədbiri İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov açıq elan edib. O, nominasiyaların seçimi zamanı namizədlər arasında ciddi rəqabətin olduğunu bildirib. Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə ümumilikdə 17 mükafat üzrə qaliblər müəyyən edilib.

Qaliblər 60 KİV arasında sorğu nəticəsində müəyyənləşib. Futbol üzrə "ilin baş məşqçisi"nominasiyası üzrə sorğu keçirilməyib və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu mükafata layiq görülüb.

Daha sonra tədbirin dəstəkçilərinə təşəkkürnamə təqdim edilib

"İlin qalibləri" üzrə mükafatlar aşağıdakılara təqdim edilib:

Ali nominasiya

İlin məşqçisi - Qurban Qurbanov

İlin idman xadimi – Tahir Gözəl, "Qarabağ”ın vitse-prezidenti

İlin idmançısı – Hacı Əliyev, sərbəst güləş üzrə üçqat dünya çempionu

İlin əcnəbi idmançısı – Dino Ndlovu, "Qarabağ”ın futbolçusu

İlin komandası (futbol və digər) - "Qarabağ” və şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası

İlin futbolçusu – Rəşad Sadıqov, "Qarabağ”ın kapitanı

İlin baş məşqçisi (digər növlər üzrə) – Fərhad Məmmədov, cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi

İlin ən nüfuzlu yarışı – "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları

İlin yazarı – Elnur Həmidov, Komanda.az saytı

Xüsusi mükafatlar

1. ALOV - tədbirə verdiyi dəstəyə görə təşəkkürnamə

2. Futbol+ 20 - fəxri fərman

3. "3-cü hissə" (CBC sport) - ilin idman verilişi

4. Firudin Səlimov - ilin fəal fotoqrafı

5. Bakı Olimpiya Stadionu - ilin idman qurğusu

6. Nurlan İbrahimov, "Qarabağ” klubunun mətbuat katibi - media ilə sıx əməkdaşlığa görə

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm