16 yaşlı futbolçu meydanda öldü
Bizi izləyin

İdman

16 yaşlı futbolçu meydanda öldü

İrlandiyanın gənclərdən ibarət "Şelburn" komandasının futbolçusu İzzi Dezu 16 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter" səhifəsində bildirilir.

Qeyd edilir ki, Dezu gənclərdən ibarət komandanın oyunu zamanı huşunu itirib. O, xəstəxanaya aparılsa da, orada ölüb.

"98fm.com" saytının məlumatına görə, futbolçuya lazımi tibbi yardım göstərilib, amma həkimlərin bütün səyləri nəticəsiz olub.

Dezu öz yaş qrupunda İrlandiyanın ən perspektivli futbolçularından biri hesab edilirdi. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm