“Qarabağ”dan iki ayrılıq
Bizi izləyin

İdman

“Qarabağ”dan iki ayrılıq

İtaliya A seriyasında çıxış edən və adı açıqlanmayan bir klubdan “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydaya transfer təklifi edilib.

Publika.az xəbər verir ki, milliləşdirilən futbolçumuz özü də İtaliyada forma geyinmək istədiyini bildirib. Almeyda üçün təklif edilən məbləğin də yüksək olması klub rəhbərliyinin bu məsələyə isti yanaşmasına səbəb olub.

Əslində, bu keçid yayda baş tuta bilərdi. Ancaq komandanın UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə etməsi transferin baş tutmasını gecikdirib.

Daha bir transfer təklifi isə hücumçu Dino Ndlovu ilə bağlıdır.

Belə ki, Çinin I liqasında çıxış edən "Hanqjou Grintaun" klubu Dino Ndlovu ilə maraqlanıb. Klubun rəhbərliyi isə CAR-lı futbolçunun sərbəst qalması üçün qarşı tərəfdən 1 milyon avro tələb edib.

Artıq klublar arasında danışıqlara start verilib. Ancaq Ndlovu Çinə getməyə maraqlı deyil.

"Qarabağ"ın mətbuat xidmətindən isə bildirilib ki, hələlik transferlər barədə danışıqlar aparılmır.

Qeyd edək ki, “Qarabağ”ın prezidenti Tahir Gözəl açıqlamasında legionerlərin daha çox vəsait apardığını, buna görə də komandada yerli futbolçulara üstünlük veriləcəyini bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm