"Neftçi" Azərbaycan Kubokunun yarımfinalında
Bizi izləyin

İdman

"Neftçi" Azərbaycan Kubokunun yarımfinalında

Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.

Publika.az xəbər verir ki, "Keşlə"nin ardından "Neftçi" 1/4 finaldakı rəqibini mübarizədən kənarlaşdırıb.

"Zirə" ilə səfər matçında bir cavabsız qolla məğlub olan "ağ-qaralar" cavab qarşılaşmasında 2:0 hesabı ilə qalib gəlməklə buna nail olub.

Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektivin heyətində 36-cı dəqiqədə Uqo Barqas, 45-ci dəqiqədə isə Mirabdulla Abbasov fərqlənib.

Qeyd edək ki, "Neftçi" yarımfinalda "Qəbələ" - "Səbail" cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların Qəbələdə baş tutan ilk duelində meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm