Federasiya radikal qərarlarını açıqladı
Bizi izləyin

İdman

Federasiya radikal qərarlarını açıqladı

Beynəlxalq Tennis Federasiyası rəsmi internet səhifəsindən 2018-ci ildə edəcəyi dəyişiklikləri açıqlayıb.

Publika.az xəbər verir ki, tennisin qlobal səviyyədə ən böyük idarə təşkilatı olan İTF turnirlərlə bağlı radikal dəyişikliklər edib.

Yeni qərarlara əsasən, turnirlərdə oynanacaq təklər müsabiqəsində artıq avantaj xal üçün mübarizə aparılmayacaq və 40-40 hesabından sonra cütlər tennisində olduğu kimi qərar xalı tətbiq ediləcək.

Daha sonra setlər 6 oyundan 4 oyunadək azaldılacaq və 4-4-lük bərabərlik olarsa, “tie-break” setinə keçiləcək.

3 və ya 5 setlik matçlarda final setinin yerinə matç “tie-break” oynanacaq. “Tie-break”in uzunluğu isə 7-10 xal olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm