“Barselona”nın argentinalı futbolçusu transfer edilir
Bizi izləyin

İdman

“Barselona”nın argentinalı futbolçusu transfer edilir

“Barselona”da forma geyinən argentinalı futbolçu Xavyer Maskerano transfer ediləcək.

Publika.az xəbər verir ki, 2010-cu ildən bəri katalonlarla birgə meydana çıxan 33 yaşlı futbolçu kariyerasını Çində davam etdirəcək.

“Diario Sport”un xəbərinə görə, “Hebei Fortune” klubu futbolçu üçün 6 milyon avro ödəyəcək. “Barselona” ilə müqaviləsi 1 ildən sonra başa çatacaq futbolçu da ona edilən astronomik təklifi geri qaytarmaq niyyətində deyil.

Qeyd edək ki, Maskerano 2010-cu ildə “Liverpul” komandasından 20 milyon avro qarşılığında “Barselona”ya transfer olmuşdu.

“Transfermarkt” argentinalı futbolçuya 8 milyon avro qiymət qoyub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm