"Mançester Siti"dən növbəti REKORD - - VİDEO
Bizi izləyin

İdman

"Mançester Siti"dən növbəti REKORD - - VİDEO

İngiltərə Premyer Liqasında 18-ci tura start verilib.

Publika.az xəbər verir ki, turun ilk oyununda “Lester” “Kristal Pelas”ı qəbul edib. Meydan sahibləri bu görüşdə darmadağına üzülüblər.

Turun mərkəzi oyunu da şənbə günü keçirilib. “Mançester Siti” evdə “Tottenhem”lə qarşılaşıb. Mançesterlilər əsas rəqiblərindən olan "Tottenhem"i böyük hesabla yenib və öz rekordunu yeniləyib. Bu, "şəhərlilər"in Premyer Liqada ardıcıl 16-cı qələbəsi olub.

"Arsenal" "Nyukasl"ı, "Çelsi" "Sauthempton"u məğlub yola salıb.

İngiltərə Premyer Liqası, 18-ci tur

16 dekabr

Lester - Kristal Pelas 0:3

Qol: Benteke, 19. Zaha, 40. Sako, 90.

Arsenal - Nyukasl 1:0

Qol: Özil, 23.

Brayton - Bernli 0:0

Çelsi - Sautqempton 1:0

Qol: Alonso, 45.

Stok Siti - Vest Hem 0:3

Qol: Noble, 19-pen. Arnautoviç, 75. Saxo, 86.

Uotford - Haddersfild 1:4

Qol: Dukure, 68 - Kaçunqa, 6. Muy, 23; 89-pen. Depoitre, 50.

Mançester Siti - Tottenhem 4:1

Qol: Gündoğan, 14. De Bruyne, 70. Sterlinq, 80; 90 - Eriksen, 90.

17 dekabr

18:15 Vest Bromviç - Mançester Yunayted
20:30 Bornmut - Liverpul

18 dekabr

00:00 Everton - Suonsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm