Yol polisi millimizin velosipedçilərini cərimə meydançasına apardı - - FOTOLAR
Bizi izləyin

İdman

Yol polisi millimizin velosipedçilərini cərimə meydançasına apardı - - FOTOLAR

Velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin "Synergy Baku" kontinental klubunun üzvləri bu gün səhər saatlarında saxlanılıb.

Publika.az xəbər verir ki, velosipedçilər Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşlarının hədəfinə tuş gəlib.

Polislər onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısını Qala qəsəbəsindəki 12 saylı cərimə meydançasına aparıblar.

Federasiya bildirir ki, məşq prosesləri zamanı velosipedçilər və məşqçilər tərəfindən təhlükəsizlik qaydalarına hər zaman tam riayət olunur və mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşayiət edir. Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun bütün tələblərinə riayət edirlər. Artıq bir neçə ildir ki, velosipedçilər məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildə YPX tərəfindən cərimə meydançasına aparılması ilk dəfə baş verir.

Bir müddətdən sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev “Facebook” hesabında artıq velosipedçilərin buraxıldığın haqda məlumat verib. Ancaq velosipedlər hələ də cərimə meydançasında saxlanılıb: “Velosipedlər aktlaşdırılaraq cərimə meydançasında saxlanıldı, velosipedçilər isə yola salındı. Gülməli burasıdı ki, velosipedlərin təhlükəsizliyinə zəmanət verilmir”.

YPX millimizin velosipedçilərini saxladı - FOTOLAR
YPX millimizin velosipedçilərini saxladı - FOTOLAR
YPX millimizin velosipedçilərini saxladı - FOTOLAR
YPX millimizin velosipedçilərini saxladı - FOTOLAR

Oxumağa davam et
Reklam
Reklam

Gündəm