Futbol səmasında daha bir ulduz axdı
Bizi izləyin

İdman

Futbol səmasında daha bir ulduz axdı

Braziliyalı yarımmüdafiəçi Kaka futbolçu karyerasını rəsmən başa vurduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə 35 yaşlı oyunçunun özü TV Globo-nun efirində danışıb.

"Son sözüm budur ki, peşəkar karyeram başa çatdı", - deyə "sambaçı" bildirib.

Kaka Braziliyanın "San Paulu", İtaliyanın "Milan", İspaniyanın "Real" və ABŞ-ın "Orlando Siti" komandalarında forma geyinib. O, 2002-ci ildə dünya çempionu, 2007-ci ildə isə "Qızıl top"un sahibi olub. 2002 - 2016-cı illərdə Braziliya millisinə çağırılmış ulduz futbolçu 92 oyuna 29 qol vurub. Kakaya daha əvvəl "Milan"da direktor vəzifəsi təklif olunsa da, o, hələ yekun qərarını verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm