“Qalatasaray” bu məşqçiyə tapşırıldı
Bizi izləyin

İdman

“Qalatasaray” bu məşqçiyə tapşırıldı

Baş məşqçi İqor Tudoru qovan “Qalatasaray” ondan boş qalan posta müvəqqəti məşqçi təyin edib.

Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi təyin olunana kimi komandaya aşağı yaş qrupları üzrə koordinator Emrah Bayraktar rəhbərlik edəcək.

Super Liqanın 17-ci həftəsində “Göztəpə” ilə oyunda komandanın başında olacaq Bayraktar sabahdan komanda ilə məşqlərə başlayacaq. Tudor isə sabahkı məşqdən öncə komanda ilə vidalaşıb birdəfəlik ayrılacaq.

Qeyd edək ki, “Qalatasaray”a yeni baş məşqçinin İdarə Heyətinin növbədənkənar iclasından sonra təyin olunacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm