İdmançımız qisas almağa hazırlaşır
Bizi izləyin

İdman

İdmançımız qisas almağa hazırlaşır

İdmançımız qisas almağa hazırlaşır

Peşəkar boksçu Fariz Məmmədov alman Matias Pelklə iyunun 7-də Almaniyada keçiriləcək revanş döyüşünə hazırlaşır.

Publika.az xəbər verir ki, Fariz Məmmədovla Matias Pelk ötən ilin dekabrında Qəbələdə üz-üzə gəlmişdi. Təmsilçimiz ağır zədə səbəbindən yarışı yarımçıq dayandırmış və ona texniki məğlubiyyət verilmişdi. Buna Farizin hələ döyüşdən əvvəl bir qabırğasının sınması səbəb olmuşdu. Bu dəfə tərəflər revanş matçında münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, peşəkar boksçu bu münasibətlə sabah saat 12:00-da Qəbələdə jurnalistlərlə görüş keçirəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm