İngiltərə klubunu almaq istəyən Arif kimdir?
Bizi izləyin

İdman

İngiltərə klubunu almaq istəyən Arif kimdir?

İngiltərə klubunu almaq istəyən Arif kimdir?

İngiltərənin məşhur "Aston Villa" futbol klubunu almağa ən real namizədlərdən biri qazaxıstanlı iş adamı Tevfik Arifdir.

Publika.az xəbər verir ki,"İndependent" qəzeti bu ziddiyyətli iş adamının kim olduğunu oxucularına xatırladıb. T.Arif Nyu-Yorkda qərarlaşan və daşınmaz əmlak şirkəti olan "Bayrock Group"un yaradıcısıdır və ABŞ milyarderi Donald Trampın biznes tərəfdaşıdır.

O da məlumdur ki, T.Arifi 2010-cu ildə Türkiyə polisi həbs etmişdi. O, vaxtilə Mustafa Kamal Atatürkə məxsus gəmidə Rusiya biznesmenlərini və rəsmilərini gecəsi 10 min dollara Şərqi Avropadan olan fahişələrlə təchiz etməkdə ittiham olunurdu. 6 ay sonra bu ittihamlar götürüldü.

Arif 17 il sovet dövrünün Ticarət Nazirliyində işləyib. SSRİ dağılandan sonra Türkiyədə lüks "Labada" otelini işlədib. Sonra ABŞ-a köçən T.Arif D.Trampla bir neçə layihə reallaşdırıb. Bunlara o cümlədən 46 mərtəbəli "SoHo" oteli və Nyu-Yorkda yaşayış göydələni daxildir.

T.Arif "Aston Villan"ı ala biləcəkmi?

Qəzet yazır ki, məlumatlı mənbə bu klubu almağa 6-dan 8-ə qədər namizədin olduğunu bildirir və deyir ki, bunlar arasında Arif və onun ailəsi çox ciddi iddiaçıdır.

O, klubu ala bilsə, İngiltərənin ən yüksək futbol liqası olan premyer-liqanın klubunu alan ilk qazaxıstanlı iş adamı olacaq.

Premyer-liqanın 2 klubunun sahibi və böyük səhmdarı keçmiş SSRi məkanından olanlardır. "Çelsi" klubunun sahibi rusiyalı iş adamı Roman Abramoviçdir. Rusiyalı iş adamı, milliyyətcə özbək olan Əlişir Usmanov "Arsenal" klubunun ən böyük səhmdarıdır.

T. Arif bu klubu alsa, bu, onun futbola ilk investisiyası olmaycaq. O, Londonda qərarlaşan "Doyen Capital" fondunun investorudur. Bu fond isə dünyanın aparıcı futbolçularına, məsələn, vaxtilə "Atletiko" (Madrid), indi isə Fransanın "Monako" klubunda oynayan Radamel Falkaoya investisiya edib.

Vaxtilə Radamel Falkaonun futbolçu kimi bazar qiymətinin qalxmasında bu investisiya mühüm rol oynayıb. "Doyen Capital" aparıcı oyunçulara 100 milyon avro sərmayə qoyub. (Virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm