“Şəfa”da qan tökənlərə ağır cəza
Bizi izləyin

İdman

“Şəfa”da qan tökənlərə ağır cəza

“Şəfa”da qan tökənlərə ağır cəza

Futbol üzrə Həvəskarlar Liqasının final matçında kütləvi dava-dalaşın düşməsi ilə bağlı məlumat vermişdik.

Qeyd edək ki, “Binə” və Sabirabadın “Çağırğan” komandalarının qarşılaşdığı finalda qalmaqalın əsası hakimin “Binə”nin futbolçusuna qırmızı vərəqə göstərməsindən sonra başlamışdı. Azlıqda qalmasına baxmayaraq, binəlilər 2:2-lik nəticəni qoruyaraq oyunu əlavə vaxta keçirə biliblər. Əlavə vaxtda isə kütləvi dava-dalaş yaşanıb. Öncə Sabirabad klubu 3-cü qolu vurub. Qonaqlar 4-cü qolu vurandan sonra isə aləm bir-birinə qarışıb. “Binə”nin 55 nömrəli futbolçusu başla rəqib futbolçuya zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub və komandasını 9 nəfərlə qoyub.

Bundan sonar meydançaya axışan binəli azarkeşlər sabirabadlı futbolçuların üstünə hücum çəkərək onları döyməyə başlayıblar. Futbolçularının döyüldüyünü görən sabirabadlı azarkeşlər də meydançaya daxil olublar. Asayişi qoruyan azsaylı polislər dava-dalaşı yatırmaqda gücsüz olunca, köməyə “Şəfa” stadionunun təhlükəsizlik xidmətinin əməkdaşları gəlib. Yalnız bundan sonra aranı sakitləşdirib, azarkeşləri və futbolçuları meydandan çıxartmaq mümkün olub.

Publika.az xəbər verir ki, final görüşündə baş vermiş qalmaqalla bağlı Həvəskarlar Futbol Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib. İcraiyyə Komitəsi olayla bağlı qərarlar qəbul edərək, təsdiqlənmək üçün AFFA-ya göndərib. HFF-nin İcraiyyə Komitəsi “Binə”nin 2014/15 mövsümündə çempionatda iştirakına qadağa qoyulmasını istəyir. Kubokun 1/4 finalına vəsiqə qazanan “Binə” komandası bu yarışdan da uzaqlaşdırılıb.

HFF “Binə”nin futbolçularının və məşqçi heyətinin digər komandalara keçidinə qadağa qoyulmasını da istəyir. Sabirabadın “Çağırğan” komanadası ilə bağlı da intizam tədbirinin görülməsi tələb olunub. Belə ki, azarkeşləri meydana çıxdığına görə Sabirabad komandasının növbəti mövsümün 3 qarşılaşmasını neytral meydanda və azarkeşlərsiz keçirilməsinə qərar verilib.

Ancaq bu qərar ziddiyyətlidir. Final qarşılaşmasında nominal meydan sahibi “Binə” olub. Təhlükəsizliyə isə HFF cavabdehlik daşıyıb. HFF-nin cavabdeh olduğu qarşılaşmada azarkeşlərin meydana çıxmasına görə “Çağırğan”ın cəzalanmasını tələb etmək absurddur. Komandanın təhlükəsizliyi təmin etməklə bağlı heç bir səlahiyyəti olmayıb. Belə olan təqdirdə Sabirabad komandasının cəzalanmasını tələb etmək başadüşülən deyil.

Güman edirik ki, AFFA-da məsələyə baxılarkən bu məqam nəzərə alınacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm