İdmançımız rekordu yenilədi
Bizi izləyin

İdman

İdmançımız rekordu yenilədi

İdmançımız rekordu yenilədi

Bakıda atletika üzrə yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa Təsnifat Turnirinin ikinci günü Azərbaycan idmançıları üçün uğurla başlayıb.

Publika.az xəbər verir ki, üç təkanla tullanmada ölkəmizi təmsil edən Nazim Babayev iki cəhdin yekununda 15.81 metr göstərməklə A qrupunu 1-ci yerdə başa vurub.

Bu nəticəylə Nazim Babayev həm turnirin rekordunu təzələyib, həm də yarışın final mərhələsinə vəsiqə qazanıb (Turnirin rekordu 15.55 metr olmaqla Bolqarıstan təmsilçisi Georgi Tsonova məxsus olub). 17 yaşı tamam olmayan Nazim Babayev ilk mərhələdə Rusiya idmançısı Vitaliy Pavlov, İspaniya atleti Alejandro Kedar, Ukrayna təmsilçisi Pavlo Beznitsi qabaqlayıb.

Üç təkanla tullanmada final mərhələsi sabah keçiriləcək. 12 idmançı Avropa Təsnifat Turnirinin medallarıyla yanaşı həm də avqustda Çində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq. İlk 7 yerin sahibi lisenziya əldə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm