“Qəbələ”nin vitse-prezidenti: “Hədəfimiz çempionluqdu”
Bizi izləyin

İdman

“Qəbələ”nin vitse-prezidenti: “Hədəfimiz çempionluqdu”

“Qəbələ”nin vitse-prezidenti: “Hədəfimiz çempionluqdu”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Antalyada təlim-məşq toplanışında olan komandanın düşərgəsinə baş çəkib.

Vitse-prezident rekord.az-a verdiyi müsahibədə komandanın keçrdiyi yoxlama oyunlarını və yeni transferləri dəyərləndirib. Publika.az həmin müsahibəni təqdim edir:

  • Komandanın hazırlığını necə qiymətləndirirsiz?

- Toplanışın əvvələindən burda olmamışam. Yalnz iki oyuna baxa bildim. “Tobol”la oyun xoşuma gəlmədi. Rəqib kəndsayağı komanda idi, imkan vermirdi bizimkilər futbol oynasın. Amma “Volqa”ya qarşı yaxşı oynadılar. Baxmayaraq ki, aparıcı oyunçularımızdan bir-neçəsi yox idi.

- Komandanı çempionata hazır sayırsınız?

- Bu sualı baş məşqçi cavablandırsa daha yaxşı olar, amma şəxsən mən 70 faiz hazır sayıram.

- Bəs, komanda çempion olmağa necə, hazırdır?

- Onu zaman göstərəcək. Amma bizim məqsdimiz budur.

- Sizcə, komandanın çempionluq uğurunda əsas rəqibi “Neftçi”dir, yoxsa “Qarabağ”?

- Mən tək bu iki komandanın yox, “Bakı”nın, “İnter”in də adını çəkə bilərəm. Çünki qarşıda hələ 18 tur var və bu komandaları da siyahıdan silmək olmaz.

- Toplanışın sonuna kimi, yeni futbolçuların düşərgəyə gələcəyi gözlənilir?

- Yeni gələn futbolçularu siz də görmüsünüz və daha bir yeni futbolçu da gəldi. Əlavə gələn olmayacaq.

- Heyətə qatdığınız futbolçuların səviyyəsi sizi qane edir?

- Rafael Santos “Tobol”a qarş yaxşı oynamadı. Amma “Volqa”ya qarşı oyunu xoşuma gəldi. Karyerasına da baxsaq görərik ki, güclü futbolçudur. Ruslan Tağızadə də istedadlı futbolçudur və limit məsələsinə görə, onu da komandamıza götürmək qərarına gəldik. Tacik futbolçu da pis təsir bağışlamır. İnanıram ki, bütün yeni transferlər komandanın gücünə əlavə güc qatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm