• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Fahişəlik əməliyyatı”nda ittiham olundu – özünə belə haqq qazandırdı – VİDEO + FOTOLAR

  • İdman
  • 31 May 2014 14:03
  • 7 095 Baxış
“Fahişəlik əməliyyatı”nda ittiham olundu – özünə belə haqq qazandırdı – VİDEO + FOTOLAR

Türkiyə futbolunun ən uğurlu 10 nömrəsi olaraq tanınır. Türkiyədə “üç böyük” komandaların hamısında forma geyinib Karyerası boyu qalmaqallarla yadda qalıb.

Publika.az bu dəfə “II taym” layihəsi çərçivəsində cərimə zərbələri və vurduğu qollarla adını tarixə yazdıran meydanların çılğın futbolçusu Sərgən Yalçın haqqında məlumat verəcək.

O, mükəmməl istedadı ilə türk futbol tarixinin ən vacib oyunçularından biri sayılır.

Çılğın “İstanbul çocuğu”

Ali Rıza Sərgən Yalçın 1972-ci il noyabrın 5-də İstanbulda anadan olub. O, futbola “Beşiktaş”da başlayıb. Burada Serpil Hamdi Tüzü onu türk futboluna qazandırıb. Qordon Milne dövründə “Beşiktaş”ın əsas heyətinə yüksəlib.

“Beşiktaş”ın əsas heyətində çıxış etməyə başladığı vaxtlardan Türkiyənin ulduz futbolçularından sayılır. 1990-1991-ci illərdə əsas heyətdə az-az yer alsa da, sonrakı illərdə vurduğu qollarla komandasına çempionluq qazandırır.

O, 1991-1996-cı illərdə 2 liqa çempionluğu, 2 Prezident Kuboku və 1 Türkiyə Kuboku qazanıb. Onu “Çılğın “İstanbul çocuğu” adlandırırdılar.

“Beşiktaş”dan daha çox pul tələb etdi

Ancaq uğurlarından əlavə qumara, at yarışlarına marağına görə tənqid də olunub. 1996-1997 mövsümünün sonunda müqaviləsi bitən Sərgən komanda yoldaşı Alpay Özalan ilə birlikdə “Beşiktaş”ın verə biləcəyindən daha çox pul istədiyi üçün klubla razılaşa bilməyib.

“Beşiktaş”dan ayrıldıqdan sonra Cem Uzanın başçılıq etdiyi “İstanbulspor”dan təklif alıb və bu komandaya keçib.

“İstanbulspor”da vurduğu qollarla komandanın İntertoto Kubokunda qrup birincisi olmasına kömək edib. Mövsüm sonu komandası liqa dördüncüsü olub, UEFA Kubokuna vəsiqə əldə edib.

Uşaqlıq arzusuna çatdı

1998-ci ilin noyabr ayında rəhbərliklə problemləri olan və maaşı ödənməyən Sərgən müqaviləsini ləğv etdirir. Uzun müddət futbol oynaya bilməyən futbolçu Avropa klubları ilə təmasa girsə də, razılaşma əldə edə bilməyib.

1999-cu ilin əvvəllərində Fadıl Akgündüzün komandası “Siirt JeT-Pa Spor”a keçib. Buradan isə “Fənərbaxça”ya transfer olunub. İmza mərasimində uşaqlığından bəri “Fənərbaxça”lı olduğunu açıqlayıb.

“Fənərbaxçada” göstərdiyi oyunla yenidən milli komandaya dəfət alıb. Mövsüm sonunda “Fənər” çempionatda 3-cü olsa da, yaxşı oynayan Sərgənin komandada qalmasına qərar verildi və bir mövsüm daha icarə əsasında bu klubda oynadı. Ancaq UEFA Rıdvan Dilmenin istefasından sonra baş məşqçi postuna gələn Zdenek Zemanla Sərgənin münasibətləri yaxşı olmadı. Bu da dekabr ayında onunla müqavilənin pozulmasını şərtləndirdi.

Yeni ünvan “Qalatasaray”

Qaydalara görə, Türkiyədə başqa bir komandada çıxış etməsi üçün Avropanın bir klubu ilə müqavilə bağlamalıydı. Buna görə də Sərgən kağız üzərində Makedoniyanın “FK Sloga Jugomagnat” klubuna satıldı. Bundan sonra icarə əsasında “Qalatasaray”da forma geyinməyə başladı.

Refik Osman Top, Ali Soydan və Saffet Sancaklıdan sonra “3 böyüklər”də forma geyinən 4-cü futbolçu oldu.

Məşqçilik karyerası

2008-2009 mövsümündə “Beşiktaş”da Mustafa Denizlinin yanında köməkçi məşqçi kimi fəaliyyət göstərdi. 2010-2011 mövsümünün əvvəlində Sarıyer İdman Klubunda idman direktoru vəzifəsinə gətirildi.

2013-2014 mövsümündə “Gaziantepspor”un Bülent Uyğunla yollarının ayrılmasından sonra baş məşqçi postuna Sərgən Yalçını gətirildi.

Futboldankənar həyat tərzi

Sərgən Yalçın futboldankənar həyatı ilə də gündəmdə olub. Artıq çəkisi, at yarışlarına marağı, gecə həyatı onu daim medianın gündəmində tutub. Bundan əlavə, onun hazırcavablığı da həmişə diqqət çəkib. Onun hazırcavablığının “həddindən artıq zəkalı olmasından, yoxsa saflığından” irəli gəldiyi hələ də müzakirə mövzusudur.

“Qalatasaray” “Beşiktaş” matçından sonra “qartal”ın oyunçusu Yasinin formasını Sərgənin əynində görən jurnalistin “hələ də ürəyin köhnə komandanın yanındadı” sualına belə cavab verir : “Vallah, Yasin formamı istədi, mən də çılpaq gəzəcək deyildim, hər halda”.

İngiltərə Türkiyə matçından əvvəl “Independent” qəzetinin əməkdaşı Sərgəndən rəqib futbolçuların matça çıxmama ehtimalı ilə bağlı fikirlərini öyrənərkən “Boş ver! Gəlməsələr, üç xalı yorulmadan almış olarıq!” cavabını vermişdi.

Sərgən Türkiyə futboluna 15 il öz damğasını vurdu. Lakin futboldankənar həyat tərzi ona milli komandada özünü göstərməyinə mane oldu.

Sərgənin at yarışlarına ehtirası ona bir çox problemlər yaratdı. Komanda yoldaşı Gökhan Keskin müsahibələrinin birində belə danışıb:

“Beşiktaş”a ilk gəldiyində onu mənim yanıma verdilər. Hələ 17 yaşında idi. “Götür, bu uşağa göz-qulaq ol, at yarışı oynayırmış” dedilər. Aradan iki həftə keçdi. Bir də baxdım ki, mən, Metin və Sərgən birlikdə at yarışı kuponu yazırıq”.

“Fahişəlik əməliyyatı”nda adı hallandı

2006-cı ildə “Barbie Operasiyonu” adlı “fahişəlik əməliyyatı”nda adı hallanıb. Buna görə polisə ifadə vermişdi. Daha sonra mətbuata açıqlamasında özünə belə haqq qazandırıb:

“Subay bir insanam.Telefonum bir çox insanda var. Mənə hamı açıq şəkildə zəng edə bilər. Hər cür də danışa bilər. Ona görə veriləcək bir hesabım yoxdur. Bu, mənim şəxsi həyatımdır. Mənə zəng etmiş ola bilərlər, mən də danışmış ola bilərəm, çox təbii bir şeydir bu”.

Bir zamanlar qumar sevgisi və Sedat Pekerlə əlaqələri üzündən istintaqa cəlb edilib. Sedat Peker Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmanın lideridir.

Hər fəsil yeni sevgili

Sərgən Yalçın eşqbazlığı ilə də tanınıb. Türkiyə mətbuatı onu hər fəsil sevgili dəyişən biri kimi qələmə verib. Onun sonuncu sevgilisi Meksikalı model Marianna Lainez Boliodur. Bundan öncə isə özündən 17 yaş kiçik bir xanımla yaşadığı sevgi macərası ilə gündəmə gəlmişdi.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR