İspaniya və Hollandiyanın DÇ-2014 heyəti
Bizi izləyin

İdman

İspaniya və Hollandiyanın DÇ-2014 heyəti

Hollandiya və İspaniya millilərinin DÇ-2014 üçün yekun heyəti müəyyənləşib. Publika.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi 23 nəfərlik heyəti açıqlayıb.

Hollandiya və İspaniya millilərinin DÇ-2014 üçün yekun heyəti müəyyənləşib. Publika.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi 23 nəfərlik heyəti açıqlayıb.

Hollandiya millsinin baş məşqçisi Luis van Qal Rafael Van der Vartı heyətdən çıxarıb. Beləliklə azarkeşlər "Ayaks"ın futbolçusunu dünya çempionatında görə bilməyəcək. Hollandiyanın heyətində yer alan futbolçulardan 13-ü xariici, 10-u yerli klublarda çıxış edir.

İspaniya millisinin baş məşqçisi Visente del Boske zədə səbəbindən dünya çempionatını buraxacağı gözlənilən Dieqo Kostanın adını Braziliyaya gedəcək heyətə salıb. Həmçinin istənilən oyunu sərgiləməyən Fernando Torres də "23-lüy"ə düşüb. Əvəzində Alvaro Neqredo, Xesus Navas, Fernando Llorente, Ander İIturraspe, Alberto Moreno və Daniel Karvajal kimi futbolçular heyətdən kənarda qalıb. Yığmaya İspaniya klublarından 9, xarici klublardan 14 futbolçu çağırılıb.

Hollandiya millisinin heyəti

Qapıçılar: Tim Krul (Nyukasl, İngiltərə), Jasper Kilessen (Ayaks), Miçel Vorm (Suonsi, İngiltərə).

Müdafiəçilər: Darl Yanmat, Stefan de Vriy, Bruno Martins İndi, Terens Konqolo (hamısı "Feyenoord"), Daley Blind, Jol Veltman (hər ikisi "Ayaks"), Pol Verhaeq (Ausburq, Almaniya), Ron Vlar (Aston Villa, İngiltərə).

Yarımmüdafiəçilər: Yordi Klasi (Feyenord), Georginio Veynaldum (PSV), Uesli Sneyder (Qalatasaray, Türkiyə), Leroy Fer (Norviç, İngiltərə), Nagel de Yonq (Milan, İtaliya), Conatan de Quzman (Suonsi, İngiltərə).

Hücumçular: Memfis Depay (PSV), Aryen Robben (Bavariya, Almaniya), Robin van Persi (Mançester Yunayted, İngiltərə), Klas Yan Huntelar (Şalke 04, Almaniya), Dirk Kuyt (Fənərbaxça, Türkiyə), Jermen Lens (Dinamo Kiyev, Ukrayna).

İspaniya millisinin heyəti

Qapıçılar: İker Kasilyas (Real), Pepe Reyna (Liverpul, İngiltərə), David De Gea (Mançester Yunayted, İngiltərə).

Müdafiəçilər: Cerard Pike, Jordi Alba (hər ikisi "Barselona"), Serxio Ramos (Real), Xuanfran (Atletiko), Raul Albiol (Napoli, İtaliya), Xavi Martinez (Bavariya, Almaniya), Sezar Azpilikueta (Çelsi, İngiltərə).

Yarımmüdafiəçilər: Xavi, Andres İnyesta, Serxio Buskets, Kesk Fabreqas (hamısı "Barselona"), Xabi Alonso (Real), Koke (Atletiko), Santi Kazorla (Arsenal, İngiltərə), Xuan Mata (Mançester Yunayted, İngiltərə), David Silva (Mançester Siti, İngiltərə).

Hücumçular: Dieqo Kosta, David Vilya (ikisi də "Atletiko"), Pedro (Barselona), Fernando Torres (Çelsi İnglitərə).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm