İkinci dəfə İngiltərə çempionu: "Baku United"
Bizi izləyin

İdman

İkinci dəfə İngiltərə çempionu: "Baku United"

“Baku United” ardıcıl olaraq ikinci dəfə İngiltərə çempionu adını qazandı

Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” futzal klubu İngiltərə çempionatında zəfər yürüşünü davam etdirir.

Publika.az-ın xəbərinə görə, “Baku United” may ayının 31-də ardıcıl olaraq ikinci dəfə İngiltərə çempionatının qalibi olmuş və növbəti sezon İngiltərəni UEFA Futzal Kubokunda təkrar təmsil edəcəkdir. Qeyd etmək lazımdır ki, “Baku United” cari sezonun şəksiz favoriti olmuşdur. Sezon ərzində “bakılılar” cəmi bir oyunu heç-heçə bitirərək digər bütün qarşılaşmalardan qalib ayrılmış və rəqib qapılarından 120-dən çox qol keçirmişlər.

May ayının 31-də İngiltərə Futzal Assosiasiyasının Mərkəzi – “Seynt Corc Park”da keçirilən Böyük Finalda “Baku United”dən başqa “Helvesia”, “Mançester FK” və “Lofboro” klubları ilə üz-üzə gəlmişlər. Püşkatmanın nəticəsinə görə, “Baku United” yarımfinalda əzəli rəqibi “Helvesia” ilə qarşılaşmışdır. Qeyri-rəsmi final adlandırılan bu qarşılaşmada “Baku United” 3-1 hesabı ilə qalib gələrək, finala yüksəlmişdir. Final qaşılaşmasında “Baku United”in rəqibi “Lofboro”ya qalib gəlmiş “Mançester futzal klubu” olmuşdur. Oyun tamamilə “bakılıların” üstünlüyü şəraitində keçmiş və nəticədə komandamız rəqibini 5-1 hesabı ilə darmadağın etmişdir.

Beləliklə, “Baku United” futzal klubu İngiltərənin 2013-2014 sezonunun çempionu adını qazanmışdır. Klubun vitse-prezidenti, “Odlar Yurdu” təşkilatının İdarə Heyətinin üzvü İlqar Nağıyevin bildirdiyinə görə, “Baku United” sadəcə idman layihəsi deyil və onun əsas məqsədi Böyük Britaniya ictimaiyyətinin ölkəmizin tarixi, mədəniyyəti və keçdiyi inkişaf yolu haqqında məlumatlandırılmasıdır. İlqar Nağıyevin söylədiyinə əsasən Bakı adını daşıyan və gerbində şəhərin rəmzləri olan klubun İngiltərə kimi ölkənin UEFA yarışlarında yeganə təmsilçisi olması qürurvericidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm