Şok iddia – Seks partisi təşkil edib
Bizi izləyin

İdman

Şok iddia – Seks partisi təşkil edib

Şok iddia - Seks partisi təşkil edib

Braziliyanın "Santos" klubunun sabiq prezidenti Luis Alvaro da Oliveyra Ribeyro "Barselona" və Neymarın atası ilə bağlı şok iddia səsləndirib.

Publika.az xəbər verir ki, keçmiş klub rəhbəri “Barsa”nın futbolçunun atası üçün seks partisi təşkil etdiyini bildirib.

Oliveyra Ribeyro iddia edib ki, Neymarın transferi zamanı Londondakı məşhur "Picadilly Hotel"də təşkil olunan parti üçün "Barselona" xüsusi adam ayırıb. Kimliyi açıqlanmayan həmin şəxs tərəfindən hazırlanan seks partisinin bütün xərcləri Kataloniya klubu tərəfindən ödənilib. Partiyə çox sayda qadın qatılıb.

"Mən belə ata görməmişəm. Dünyanın pulunu qazanır, amma əlini bir dəfə də olsun cibinə atmaz. Seks partilərini belə oğlunun futbol klublarının hesabına təşkil edir", deyə Oliveyra Ribeyro bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm