“Onun işlətmədiyi sol ayağı 30 milyondur”
Bizi izləyin

İdman

“Onun işlətmədiyi sol ayağı 30 milyondur”

“Onun işlətmədiyi sol ayağı 30 milyondur”

“Roma”nın futbolçusu mərakeşli Mehdi Benatiyanın transferilə bağlı iddialar davam edir.

Publika.az xəbər verir ki, “Barselona”nın ardından “Mançester Siti” də Benatiya üçün cəhdlərə başlayıb.

“Roma”nın idman direktoru Valter Sabatini Benatiyanın transferi haqqında maraqlı fikirlər səsləndirib:

“Benatiya məqsəd və hədəfləri olan futbolçudur. Klubdan, azarkeşlərdən və futbolçulardan ayrılmaq istəmir. Onun işlətmədiyi sol ayağının dəyəri 30 milyon avro edər. Buna görə də transfer qiyməti ən az 61 milyon avrodur. Benatiya satılıq deyil. Ancaq kimsə bizə 61 milyon avro təklif edərsə, o məbləğlə yeni heyət qura bilərik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm