“Qara blok”dan xəbərdarlıq: “Ölkədə xaos yaradacağıq”
Bizi izləyin

İdman

“Qara blok”dan xəbərdarlıq: “Ölkədə xaos yaradacağıq”

“Qara blok”dan xəbərdarlıq: “Ölkədə xaos yaradacağıq”

Braziliyada keçiriləcək dünya çempionatının başlamasına cəmisi 10 gün qalır.

Ancaq dünya çempionatının təhlükəsizliyi ilə bağlı həyəcanlı xəbərlər gəlməkdədir. Publika.az xəbər verir ki, “Qara blok” adlı radikal təşkilatın üzvləri mündial zamanı Braziliyada xaos yaradacaqlarını bildiriblər.

Antiqloballaşma əleyhinə yaradılan “Qara blok” təşkilatının konkret olaraq rəhbəri və ya lideri yoxdur. Bu təşkliatın üzvləri qara platar geyinir, sifətlərini də qara maska ilə gizlədirlər. Təşkilatın əsası ilk dəfə 1993-cü ildə San-Paulu şəhərində əvvəllər məhkum edilmiş 8 nəfər tərəfindən qoyulub. Bu təşkilatın 2006-cı ilin mayın 12-də San-Pauluda törətdiyi iğtişaş nəticəsində 140 nəfər ölmüşdü.

Təşkilatın yaydığı bəyanatda deyilir:

“Ölkənin daxilində xaos hökm sürür. Normal tibbi xidmətin olmaması ucbatından insanlar xəstəxanalarda ölürlər. Ölkədə təhsil yoxdu, hər yerdə polis zorakılğı baş alıb gedir. Biz güc tətbiq etməyin tərəfdarı olmasaq da, indi başqa çıxış yolumuz yoxdu. Hesab edirik ki, ölkənin belə vəziyyətində dünya çempionatının keçirilməsinə ağlasığmaz miqdarda vəsait xərcləmək yersidi. Biz tələblərimizi səsləndirdik, ancaq bu, heç nəyi dəyişmədi. Dinc nümayişlərlə nəyəsə nail olmaq mümkün deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm