• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Yekədiş”in dili qatlandı, “Qızılbaş” Bastiliyanı belə aldı – VİDEO + FOTOLAR

  • İdman
  • 2 İyun 2014 13:32
  • 2 747 Baxış
“Yekədiş”in dili qatlandı, “Qızılbaş”  Bastiliyanı belə aldı – VİDEO + FOTOLAR

Artıq planetin futbol azarkeşləri mundial həyacanı ilə yaşayır.

Mundialın başlamasına cəmisi 10 gün qalıb. Dünya çempionatı bir ölkədə keçirilən bir aylıq futbol yarışması deyil. Mundial bütün dünyada yaşından, peşəsindən aslı olmayaraq hər kəsi ağuşuna alan bir bayramdı. Hər dəfə dünya çempionatları ərəfəsində mundialların tarixi bir daha vərəqlənir. 1930-cu ildən start götürən dünya çempionatalrı ilə bağlı mühüm məqamlar xatırlanır. Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir. Növbəti yazı 1998-cı ildə Fransada keçirilmiş dünya çempionatına həsr olunub.

O qədər olaylar yaşandı ki...

Himni Dario Cinin yazdığı “Karnaval De Pari” mahnısı olan bu mundial çox maraqlı alındı. Həqiqətən də futbol karnavalı ruhunda keçən turnirdə rəngarəng, fərqli oyun tərzləri nümayiş etdirən komandalara şahidlik etdik. Xose Luis Çilavertin Paraqvayı, Batistutalı Argentina, Kanulu Nigeriya, Mustafa Hacılı Mərakeş, Ouenli İngiltərə, Yarni və Şukerli Xorvatiya. Unudulmaz komandalar və futbolçular məhz bu turnirdə parladılar. A qrupunun son turunda Braziliyanın son saniyələrdə verilən şübhəli penalti ilə Norveçə uduzdurulması, Bekhemin atdığı təpik, Orteqanın Van Der Sara yersiz kəlləsi mundialda baş verən qalmaqallar sırasında idi. O qədər olaylar yaşandı ki...

Qərarsız Eme Jake

Turnirin kəşfi Xorvatiya oldu. 1/4 finalda almanlara qan udduraraq böyük hesabla qələbə qazanan Miroslav Blajeviçin yetirmələrinin oyunu hamını valeh etmişdi. Üçüncülük matçında hollandları yenən komandanın lideri Davor Şukerin bombardir xüsusiyyətləri hələ uzun müddət futbol ictimaiyyətinin müzakirə mövzusu olacaqdı. Hollandların heyətində isə fantastik ulduzlar vardı: Stam, De Bur qardaşları, Davids, Zeedorf, Klyuvert, Overmars, Berqkamp...

Yarımfinalda hollandlar yalnız penaltilər seriyasında braziliyalılara məğlub oldular. Ancaq onların nümayiş etdirdiyi futbol fransız mundialının ən baxımlısı hesab edildi. Mario Zaqallonun yetirmələri isə bu matçdan sonra beşqat dünya çempionu elan edildilər. Ancaq finalın necə keçəcəyini heç kim ağlına belə gətirməzdi. İş ondadı ki, meydan sahibləri fransızlar finala qədər özləri haqda müəyyən təsəvvür formalaşdıra bilməmişdilər. Startda rəqiblər aşkar şəkildə zəif idi. Sonra “üçrənglilər”in bəxti gətirirdi: “Qızıl top”da da, penaltilərdə də, müdafiəçi Türamın xorvatların qapısına vurduğu iki qolda da. Baş məşqçi Eme Jake komandada baş rolda kimin olmasına heç cür qərar verə bilmirdi. Buna həm Blanın, həm də Zidanın qırmızı vərəqə alması səbəb olurdu.

Hirslənmiş Pele

Digər tərəfdə isə əla forma yığmış və az qala qarşısıalınmaz olan Ronaldonun arxasınca apardığı güclü, özünəəmin Braziliya vardı. Amma finalın ən böyük təəccübü məhz “Yekədiş” oldu. Oyun günü səhər onun epilepsik problemləri yarandı. Forvardın dili qatlanmışdı, ağzından köpük gəlirdi. Həkimlər onu özünə gətirəndə Ronaldo ayaq və pəncələrində güclü ağrıların olduğunu dedi. Bu hadisə orqanizmin oyunçuya çox sayda verilən sakitləşdirici və ağrıkəsici həblərə reaksiyası ola bilərdi. Ancaq Zaqallo onu ehtiyatda saxlamağa cürət etmədi. Oyunu televiziya ilə şərh edən Pele hirslənmişdi: “Niyə Ronaldonu elə birinci hissədə əvəzləmədilər?”

Zidanın benefisi

Finalın qəhrəmanı isə özünə xas olmayan tərzdə - künc zərbəsindən “asma” zamanı başla iki qol vuran Zidan oldu. Oyunda nöqtəni isə Peti qoydu. Jakenin komandasının bütün orta xətti əla görünürdü. Və milli bayram - Bastiliyanın alınması günündən bir gün əvvəl Fransa dünya futbolunun ən güclüsü elan edildi!

1998-ci il dünya çempionatında ilk dəfə 32 yığma iştirak etdi. Mundial həm də azarkeşlərin bir sıra xuliqan addımları ilə yadda qaldı. Yubka geyinən şotlandlar Parisdə dəlilik edir, polislərə xətər yetirirdilər. Marseldəki kütləvi davadan sonra boğazından bıçaq yarası alan bir fanat hospitaldadünyasını dəyişdi. Lansda isə 44 yaşlı polis Daniel Nivel azarkeşin vurduğu xəsarətdən sonra koma vəziyyətinə düşdü.

DÇ-1998. Fransa

Final mərhələsi: 10 iyun - 12 iyul

32 komanda 8 qrupda mübarizə apardıqdan sonra 16 ən yaxşı komanda 1/8 finala yüksələrək mübarizəni olimpiya sistemiylə davam etdiriblər.

64 oyun, 2785100 tamaşaçı (orta hesabla hər oyunda 43517)

171 qol (orta hesabla hər oyunda 2,67)

Ən yaxşı futbolçu: Zinəddin Zidan (Fransa)

Bombardir: Şuker (Xorvatiya) - 6.

Qrup A

1.Braziliya 3 2 0 1 6-3 6

2.Norveç 3 1 2 0 5-4 5

3.Mərakeş 3 1 1 1 5-5 4

4.Şotlandiya 3 0 1 2 2-6 1

Qrup B

1.İtaliya 3 2 1 0 7-3 7

2.Çili 3 0 3 0 4-4 3

3.Avstriya 3 0 2 1 3-4 2

4.Kamerun 3 0 2 1 2-5 2

Qrup C

1.Fransa 3 3 0 0 9-1 9

2.Danimarka 3 1 1 1 3-3 4

3.Cənubi Afrika 3 0 2 1 3-6 2

4.S.Ərəbistanı 3 0 1 2 2-7 1

Qrup D

1.Nigeriya 3 2 0 1 5-5 6

2.Paraqvay 3 1 2 0 3-1 5

3.İspaniya 3 1 1 1 8-4 4

4.Bolqarıstan 3 0 1 2 1-7 1

Qrup E

1.Hollandiya 3 1 2 0 7-2 5

2.Meksika 3 1 2 0 7-5 5

3.Belçika 3 0 3 0 3-3 3

4.C. Koreya 3 0 1 2 2-9 1

Qrup F

1.Almaniya 3 2 1 0 6-2 7

2.Yuqoslaviya 3 2 1 0 4-2 7

3.İran 3 1 0 2 2-4 3

4.ABŞ 3 0 0 3 1-5 0

Qrup G

1.Rumıniya 3 2 1 0 4-2 7

2.İngiltərə 3 2 0 1 5-2 6

3.Kolumbiya 3 1 0 2 1-3 3

4.Tunis 3 0 1 2 1-4 1

Qrup H

1.Argentina 3 3 0 0 7-0 9

2.Xorvatiya 3 2 0 1 4-2 6

3.Yamayka 3 1 0 2 3-9 3

4.Yaponiya 3 0 0 3 1-4 0

1/8 final

İtaliya – Norveç – 1:0

Braziliya – Çili – 4:1

Fransa – Paraqvay – 1:0 (ə.v.)

Nigeriya – Danimarka – 1:4

Almaniya – Meksika – 2:1

Hollandiya – Yuqoslaviya – 2:1

Rumıniya - Xorvatiya – 0:1

Argentina – İngiltərə 2:2 (4-3 pen.)

1/4 final

İtaliya – Fransa – 0:0 (3:4 pen.)

Braziliya – Danimarka – 3:2

Hollandiya – Argentina – 2:1

Almaniya – Xorvatiya – 0:3

1/2 final

Braziliya – Hollandiya – 1:1 (4:2 pen.)

Fransa – Xorvatiya – 2:1

3-cü yer

Holandiya – Xorvatiya – 1:2

Final

Braziliya – Fransa – 0:3

Bütün oyunlar

1. Braziliya - Şotlandiya 2:1

2. Mərakeş - Norveç 2:2

3. İtaliya - Çili 2:2

4. Avstriya - Kamerun 1:1

5. Səudiyyə Ərəbistanı - Danimarka 0:1

6. Fransa - Cənubi Afrika 3:0

7. Bolqarıstan - Paraqvay 0:0

8. Hollandiya - Belçika 0:0

9. Cənubi Koreya - Meksika 1:3

10. İspaniya - Nigeriya 2:3

11. Yamayka - Xorvatiya 1:3

12. Yuqoslaviya - İran 1:0

13. Argentina - Yaponiya 1:0

14. Almaniya - ABŞ 2:0

15. Rumıniya - Kolumbiya 1:0

16. İngiltərə - Tunis 2:0

17. Şotlandiya - Norveç 1:1

18. Braziliya - Mərakeş 3:0

19. Çili - Avstriya 1:1

20. İtaliya - Kamerun 3:0

21. Fransa - Səudiyyə Ərəbistanı 4:0

22. Danimarka - Cənubi Afrika 1:1

23. Nigeriya - Bolqarıstan 1:0

24. İspaniya - Paraqvay 0:0

25. Hollandiya - Cənubi Koreya 5:0

26. Belçika - Meksika 2:2

27. Yaponiya - Xorvatiya 0:1

28. Argentina - Yamayka 5:0

29. Almaniya - Yuqoslaviya 2:2

30. ABŞ - İran 1:2

31. Kolumbiya - Tunis 1:0

32. Rumıniya - İngiltərə 2:1

33. İtaliya - Avstriya 2:1

34. Şotlandiya - Mərakeş 0:3

35. Braziliya - Norveç 1:2

36. Çili - Kamerun 1:1

37. İspaniya - Bolqarıstan 6:1

38. Fransa - Danimarka 2:1

39. Nigeriya - Paraqvay 1:3

40. Cənubi Afrika - Səudiyyə Ərəbistanı 2:2

41. Belçika - Cənubi Koreya 1:1

42. Hollandiya - Meksika 2:2

43. Almaniya - İran 2:0

44. Yuqoslaviya - ABŞ 1:0

45. Rumıniya - Tunis 1:1

46. Kolumbiya - İngiltərə 0:2

47. Yaponiya - Yamayka 1:2

48. Argentina - Xorvatiya 1:0

49. Braziliya - Çili 4:1

50. İtaliya - Norveç 1:0

51. Nigeriya - Danimarka 1:4

52. Fransa - Paraqvay 1:0, ə.v.

53. Almaniya - Meksika 2:1

54. Hollandiya - Yuqoslaviya 2:1

55. Argentina - İngiltərə 2:2, p-4:3

56. Rumıniya - Xorvatiya 0:1

57. İtaliya - Fransa 0:0, p-3:4

58. Braziliya - Danimarka 3:2

59. Almaniya - Xorvatiya 0:3

60. Hollandiya - Argentina 2:1

61. Braziliya - Hollandiya 1:1, p-4:2

62. Fransa - Xorvatiya 2:1

63. Hollandiya - Xorvatiya 1:2

64. Braziliya - Fransa 0:3

Xəbər lenti

DAHA ÇOX XƏBƏR