Ronaldinyo futbolla VİDALAŞDI
Bizi izləyin

İdman

Ronaldinyo futbolla VİDALAŞDI

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo Qauço futbolçu karyerasını rəsmən başa vurub.

Publika.az xəbər verir ki, 37 yaşlı dahi futbolçunun qərarını qardaşı Roberto de Assis Moreyra açıqlayıb. Ronaldinyonun peşəkar karyerasında sonuncu klub 2015-ci ildə tərk etdiyi “Fluminense” olub. Son vaxtlar isə 2002-ci ilin dünya çempionu müxtəlif xeyriyyə oyunlarında top qovub.

“O, futbolla vidalaşdı. Bu, son qərardır. Rusiyada keçiriləcək dünya çempionatından sonra, yəqin ki, avqustda möhtəşəm tədbirlər olacaq. Braziliyada, Avropada və Asiyada bir sıra xeyriyyə oyunları təşkil etmək niyyətindəyik. Əlbəttə, Braziliya millisiylə də oyun olacaq”, - deyə PSJ, “Barselona” və “Milan”ın sabiq futbolçusunun qardaşı bildirib.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm