İdman
"Qəbələ" İsveçrə nəhəngi ilə qarşılaşacaq
Yanvarın 5-dən Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək.
Publika.az klubun saytına istinadən xəbər verir ki, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq çərçivəsindəki 2-ci görüşdə rəqib İsveçrə təmsilçisi “Sürix” olacaq.
Antalyadakı “Kaya Bələk” otelinin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
“Sürix” “qırmızı-qaralar” üçün tanış rəqibdir. Komandalar 2 il öncə də Antalya toplanışında üz-üzə gəliblər. 2016-cı il yanvarın 20-də baş tutan qarşılaşmada “Qəbələ” 4:0 hesabı ilə qələbə qazanıb. Həmin matçda Aleksey Antonov iki, Vadim Abdullayev və Samir Zərgərov hərəyə 1 dəfə fərqlənib. Hazırda “qırmızı-qaralar”ın şərəfini qoruyanlardan Dmitri Bezotosnı, Voislav Stankoviç, Asif Məmmədov, Vitali Vernidub, Ürfan Abbasov, Qismət Alıyev 728 gün öncə Roman Qriqorçukun şans verdiyi oyunçulardan olublar.
“Sürix”lə görüş “Qəbələ”nin 95-ci beynəlxalq yoxlama matçı olacaq. Bunadək 94 oyuna çıxan “qırmızı-qaralar” 42 qələbə qazanıb, 19 heç-heçə edib və 33 dəfə uduzub. Hesabında 154 qol olan komanda 100 top buraxıb.
Xatırladaq ki, Antalyadakı ilk sınağında Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə qarşılaşan “qırmızı-qaralar” meydandan 1:1 hesablı bərabərliklə ayrılmışdı.
-
Rəsmi xronika16:41
İlham Əliyev Rusiyaya gedəcək
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR