İdman
Azərbaycan futbolu Avropada İLK ÜÇLÜKDƏ
UEFA Avropa ölkələrinin milli çempionatlarının son 10 il ərzindəki hərəkət cədvəlini açıqlayıb.
Publika.az xəbər verir ki, nəticələr assosiasiyanın rəsmi internet saytında dərc edilib.
Azərbaycan milli çempionatlarda ən böyük sıçrayışa nail olanlar arasında ilk üçlükdə yer alıb. Premyer Liqamız 2008-ci ildən bəri 16 pillə irəliləyərək 42-ci sıradan 26-cı sıraya yerləşib.
Ölkəmizlə yanaşı, Qazaxıstan və Belarus da ən yaxşı nəticə göstərənlər arasında yer alıb. Bu ölkələr hərəkət cədvəlində müvafiq olaraq 16 və 21 pillə irəliləyib.
Cədvəlin ilk beşliyində İspaniya, Almaniya, İngiltərə, İtaliya və Fransa qərarlaşıb. Bu nəticələrə əsasən, Almaniya Bundesliqası 3 pillə irəliləyib, İngiltərə Premyer Liqası isə 2 pillə geriləyib.
Qeyd edək ki, reytinq siyahısı son 5 mövsümdə ölkələrin klublarının Avropa Kubokundakı çıxışına əsasən tərtib olunub.
Zümrüd
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı