"Qarabağ"ın Antalyada ikinci sınağı
Bizi izləyin

İdman

"Qarabağ"ın Antalyada ikinci sınağı

"Qarabağ" Antalyadakı təlim-məşq toplanışında ikinci yoxlama oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi sabah Polşanın "Lexiya" (Qdansk) klubu ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” ilk yoldaşlıq matçına Rusiyanın "Kuban" komandası ilə qarşılaşmış, matç 2:2 hesabı ilə başa çatmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm