Azərbaycanda Avropa çempionatını bu kanal yayımlayacaq
Bizi izləyin

İdman

Azərbaycanda Avropa çempionatını bu kanal yayımlayacaq

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçiriləcək və milli komandamızın da iştirak edəcəyi futzal üzrə Avropa çempionatının ölkəmiz üzrə yayım hüququnu CBC Sport əldə edib.

Publika.az xəbər verir ki, televiziya kanalı yalnız yığmamızın iştirakı ilə keçiriləcək oyunları deyil, çempionatın bütün qarşılaşmalarını yayımlamaq hüququna sahib çıxıb.

Buna görə də, telekanal rəhbərliyi AÇ-nin bütün oyunlarını ekrana gətirməyi düşünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm