Millimizin oyununda sükut və qara sarğı - - FOTO
Bizi izləyin

İdman

Millimizin oyununda sükut və qara sarğı - - FOTO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalyada təlim-məşq toplanışı çərçivəsində Albaniyanın U-21 millisi ilə yoldaşlıq görüşü keçirib.

Publika.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri rəqibinə minimal hesabla məğlub olub - 0:1.

Oyundan əvvəl 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Rəşad Sadıqovun çalışdırdığı komandamız oyuna qara sarğı ilə çıxıb.

Qeyd edək ki, millimiz Antalyadakı ilk yoldaşlıq oyununda “Alanyaspor” klubunun nəzdindəki U-21 komandasına 3:1 qalib gəlmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm