“Beşiktaşı”ın bəyəndiyi futbolçu “Xəzər Lənkəran”da
Bizi izləyin

İdman

“Beşiktaşı”ın bəyəndiyi futbolçu “Xəzər Lənkəran”da

“Beşiktaşı”ın bəyəndiyi futbolçu “Xəzər Lənkəran”da

"Xəzər Lənkəran" növbəti transferini reallaşdırır. Publika.az xəbər verir ki, Lənkəran klubu Eliasi heyətə qatmağa hazırlaşır.

Braziliyalı hücumameylli yarımmüdafiəçi klubun Antalyadakı düşərgəsinə qoşulacaq. Onunla birbaşa müqavilə imzalanacaq.

Qeyd edək ki, tam adı Elias Ribeyro de Oliveyra olan 30 yaşlı yarımmüdafiəçinin son iş yeri "Ponte Preta" klubu olub. "Atletiko Paranaense"yə məxsus olan, "Ponte Preta"da icarə əsasında çıxış edən Elias 18 oyunda 3 qola imza atıb.

"Xəzər Lənkəran"ın yeni futbolçusu əvvəllər Braziliyanın "Bahya" (2003-2008, 110 oyun, 30 qol), "Fluminense" (2008-2010, 5 oyun), "Atletiko Qoyanyense" (2008-2011 və 2012, 127 oyun, 49 qol), "Fiqueyrense" (2011, 22 oyun, 4 qol) və "Atletiko Paranaense" (2012, 33 oyun, 9 qol) klublarında çıxış edib. O, 2011-ci ildə icarə əsasında Birləşmiş Ərəb Əmirliklərinin "Əl Ayn" klubunda forma geyinib (16 oyun, 9 qol).

2012-ci ildə Elias Türkiyənin "Beşiktaş" klubunun maraq dairəsinə düşüb. Futbolçunu izləmək üçün Braziliyaya gedən çalışdırıcı onu bəyənib. Lakin sonradan keçid baş tutmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm