Prezidenti Hitlerin yatdığı həbsxanaya saldılar
Bizi izləyin

İdman

Prezidenti Hitlerin yatdığı həbsxanaya saldılar

Prezidenti Hitlerin yatdığı həbsxanaya saldılar

“Bavariya” klubunun keçmiş prezidenti Uli Hönessin vergidən yayındığı üçün 3,5 il azadlıqdan məhrum edildiyi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, iyunun 2-dən etibarən Hönessin həbsxana həyatı başlayıb.

O, sonuncu dəfə 10 may tarixində ictimaiyyət qarşısına çıxıb. O zaman Höness Almaniya çempionatında “Bavariya” klubunun qələbəsini futbolçular və menecerlərlə qeyd edib. Keçmiş prezident Adolf Hitlerin pivə qiyamına görə mühakimə olunduğu və bir çox nasist canilərin saxlandığı Landsberq-na-Lex şəhərində yerləşən həbsxanada qalacaq.

Qeyd edək ki, Höness 27,2 milyon avro dəyərində vəsaiti vergidən yayındırmaqda ittiham olunub.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm