"Neftçi"ni darmadağın edən KOMANDANIN MƏŞQÇİSİ: "Yəqin ki, bunu gözləmirdilər"
Bizi izləyin

İdman

"Neftçi"ni darmadağın edən KOMANDANIN MƏŞQÇİSİ: "Yəqin ki, bunu gözləmirdilər"

“Əlbəttə, istərdim ki, futbolçularımız standart vəziyyətlərdən həmişə belə yaxşı yararlansınlar. Düzdür, topların həmişə müxtəlif künclərə daxil olacağına zəmanət vermək çətindir. Ancaq yetirmələrim göstərdi ki, bunu etmək mümkündür”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın "OİK-Xabarovsk" klubunun baş məşqçisi Renat Bilyaletdinov “Neftçi”yə 8:1 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra deyib.

Baş məşqçi bildirib ki, komandası hesabı 8:1-ə gətirib çıxaran qol imkanlarını daha da artıracaq:

“Qol buraxmağımız da əlavə müzakirə məsələsidir. Bu müzakirəni etmək faydalı hal olacaq. Bu qədər qol vurduqsa, yəqin ki, bu dəfə bizdə çox şey alınıb. Oyunun əvvəlində vurduğumuz ardıcıl qollar əvvəldən hazırladığımız ev tapşırıqlarının nəticəsi deyildi. Yenə də bol qollu startla başladıq və yəqin ki, rəqib bunu gözləmirdi. “Tirana”yla oyunda rəqib qapıçı bizə qol “hədiyyə” etdisə, bu dəfə özümüz hər şeyi təşkil etdik. Gəlin, rəqibimizlə bağlı danışmayaq. Ola bilər ki, hazırlıq mərhələsində ağır yükləmələr gedir və ya yeni kollektiv yığılıb. Ancaq biz daha sürətli oynayırdıq və bu üstünlüyümüzü müəyyənləşdirdi”.

Qeyd edək ki, "Neftçi" qış toplanışında ilk yoldaşlıq oyununu dünən Rusiya Premyer Liqasında mübarizə aparan Liqasında mübarizə aparan “SKA-Xabarovsk”a qarşı keçirib və 8:1 hesabı ilə məğlub olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm