Millətlər Liqası: Millimizin rəqibləri bəlli oldu - PÜŞKATMA - - FOTO/VİDEO
Bizi izləyin

İdman

Millətlər Liqası: Millimizin rəqibləri bəlli oldu - PÜŞKATMA - - FOTO/VİDEO

UEFA Millətlər Liqasının qrup mərhələsində qarşılaşacaq komandaların qrupları müəyyən olundu.

Millətlər Liqası

A liqası

I qrup

Hollandiya

Fransa

Almaniya

II qrup

İslandiya

İsveçrə

Belçika

III qrup

Polşa

İtaliya

Portuqaliya

IV qrup

Xorvatiya

İngiltərə

İspaniya


B liqası

I qrup

Çexiya

Ukrayna

Slovakiya

II qrup

Türkiyə

İsveç

Rusiya

III qrup

Şimali İrlandiya

Bosniya və Herseqovina

Avstriya

IV qrup

Danimarka

İrlandiya

Uels

D liqası

I qrup

Andorra

Qazaxıstan

Latviya

Gürcüstan

II qrup

San Marino

Moldova

Lüksemburq

Belarus

III qrup

Kosovo

Malta

Farer adaları

Azərbaycan

IV qrup

Cəbəllütariq

Lixtenşteyn

Ermənistan

Makedoniya

C liqası

I qrup

İsrail

Albaniya

Şotlandiya

II qrup

Estoniya

Finlandiya

Yunanıstan

Macarıstan

III qrup

Kipr

Bolqarıstan

Norveç

Sloveniya

IV qrup

Litva

Monteneqro

Serbiya

Rumıniya

Məlumat üçün bildirək ki, A, B, C və D liqalarının qalibləri AVRO-2020-yə vəsiqə qazanacaqlar. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq "Dördlər finalı”nda müəyyənləşəcək.

Qeyd edək ki, qrup mərhələsinin oyunları bu ilin sentyabr, oktyabr və noyabr aylarında keçiriləcək.

***

UEFA Milətlər Liqasında iştirak edən 55 ölkənin milli komandaları 4 liqada yarışacaqlar.

A liqası

I səbət: Almaniya, Portuqaliya, Belçika, İspaniya

II səbət: Fransa, İngiltərə, İsveçrə, İtaliya

III səbət: Polşa, İslandiya, Xorvatiya, Hollandiya

B liqası

I səbət: Avstriya, Uels, Rusiya, Slovakiya

II səbət: İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina

III səbət: Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə

C liqası

I səbət: Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya

II səbət: Yunanıstan, Serbiya, Almaniya, Norveç

III səbət: Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya

IV səbət: Kipr, Estoniya, Litva

D liqası

I səbət: AZƏRBAYCAN, Makedoniya, Belarus, Gürcüstan

II səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

III səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

IV səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq

***

Bu gün - 24 yanvar tarixində ilk dəfə təşkil ediləcək UEFA Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, mərasim İsveçrənin Lozanna şəhərində, Bakı vaxtilə saat 15:00-da başlanacaq. Püşkatmada Azərbaycanı AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandanın baş məşqçisi Qurban Qurbanov təmsil edəcək.

Millətlər Liqasında 55 ölkənin milli komandası yarışacaq. Komandalar 4 liqada 3 və 4 səbətə (A, B, C, D) bölünüb. Hər bir liqa isə müvafiq olaraq qırmızı, mavi, yaşıl və sarı rənglərlə işarələnib. Ölkələrin daxil olduğu səbət isə onların təmsilçilərinin UEFA reytinqində tutduğu mövqelərə görə təyin edilib.

Qeyd edək ki, Millətlər Liqasının yarımfinalına çıxan 4 komanda UEFA Avro 2020-yə vəsiqə qazanacaq.

UEFA Millətlər Liqasının matç günləri:

İlk qarşılaşmalar:

1. 6-8 sentyabr 2018

2. 9–11 sentyabr 2018

3. 11–13 oktyabr 2018

4. 14-16 oktyabr 2018

5. 15-17 oktyabr 2018

6. 18-20 oktyabr 2018

Final püşkü:

Dekabrın ilk günləri

Final matçı:

5-9 iyun 2019

UEFA Avro 2020 pley-off püşkü:

22 noyabr 2019

UEFA Avro 2020 pley-off matçı:

26-31 mart 2020

Qeyd edək ki, UEFA 2020 Avropa çempionatı turnirin 60-cı ildönümü münasibətilə fərqli şəkildə təşkil ediləcək. Belə ki, əvvəlki Avropa çempionatlarından fərqli olaraq, bu dəfə turnirə birbaşa vəsiqə qazanan komanda olmayacaq. Hətta ev sahibi şəhərlərin təmsil etdiyi ölkələr final mərhələsinə vəsiqəni özləri qazanmalı olacaq.

Avropa çempionatına son 4 vəsiqənin sahibləri UEFA Millətlər Liqasından çıxmış 16 komanda arasında keçiriləcək pley-off qarşılaşmaları nəticəsində məlum olacaq.

24 komanda Avropanın müxtəlif 13 şəhərində, o cümlədən Bakıda keçiriləcək turnirdə iştirak edəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm