MY-nin ulduz futbolçusundan 20 yaşlı tələbəyə BİABIRÇI TƏKLİF - ŞOK İDDİA - - FOTOLAR
Bizi izləyin

İdman

MY-nin ulduz futbolçusundan 20 yaşlı tələbəyə BİABIRÇI TƏKLİF - ŞOK İDDİA - - FOTOLAR

“Arsenal”dan “Mançester Yunayted”ə transfer edilən Aleksis Sançes barədə şok iddia yayılıb.

Publika.az xəbər verir ki, sevgilisi olan çilili futbolçunun 20 yaşlı tələbəyə sekslə məşğul olmağı təklif etdiyi iddia edilib. Məlumatı İngiltərənin “San” nəşri yayıb.

Paulina Sobyerayska adlı universitet tələbəsi qəzetə açıqlamasında Sançesin ona əxlaqsız təklif etdiyini bildirib. O, Sançeslə barda tanış olduğunu, daha sonra futbolçunun onu evinə dəvət etdiyini deyib. Paulina Aleksisin evinə getdiklərini, futbolçunun onun ünvanına təriflər yağdırdığını bildirib. O, bundan sonra hücumçu ilə dəfələrlə görüşdüyünü, bir müddət sonra isə Sançesin ona pul qarşılığında birlikdə olmağı təklif etdiyini deyib.

Paulina o vaxtlar çilili futbolçunu tanımadığını, sevgilisinin olmasından xəbərsiz olduğunu qeyd edib. O, Sançesin sevgilisi olduğunu öyrənəndə bundan çox təsirləndiyini və dərhal ondan ayrıldığını deyib. Paulina Aleksislə “vatsap” mesajlarını da qəzetə təqdim edib. Yazışmalarda Sançesin ona “səninlə sevişə bilərik” yazdığı görünür.

Xatırladaq ki, Sançes uzun müddətdi aktrisa Mayte Rodriqeslə sevgilidir. (komanda.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm