İdman
AFFA-dan kimsəsiz uşaqlara böyük dəstək
AFFA-nın təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə Mərdəkan qəsəbəsində yerləşən 2 saylı ümumi orta internat məktəbində təhsil alan valideyn himayəsindən məhrum uşaqlar üçün futbol turniri keçirilib.
Publika.az xəbər verir ki, turnirin ilk günündə 6-7 yaşlı uşaqlar yarışıb. 16 komandanın (16 qız, 45 oğlan) iştirakı ilə keçirilən yarışın ən yaxşı qız futbolçusu Zəhra Məmmədova, ən yaxşı oğlan oyunçusu isə Nahid Verdiyev seçilib. Öz yaşıdları arasında keçirilən oyunlarda vurulan ən baxımlı qolunun müəllifi isə Cavad Verdiyev olub.
Turnirin ikinci günündə meydana 8-10 yaşlı uşaqlar çıxıb. Yenə qalib adı uğrunda 16 komanda (18 qız, 57 oğlan) yarışıb. İsmayıl Orucquliyev turnirin bombardiri, Elnur Əliyev ən baxımlı qolun müəllifi olub. Günay Əlibəyova öz yaşıdları arasında ən yaxşı qız futbolçu seçilib.
Şagirdlər idman ləvazimatları və geyimləri ilə AFFA tərəfindən təmin olunublar. Sonda qalib komandalara kubok, medal, diplomlar və hədiyyələr təqdim olunub.
Turnirin keçirilməsində məqsəd valideyn himayəsindən məhrum olan şagirdlərin boş vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, onların cəmiyyətdə özlərini tənha hiss etməməsinə və sosiallaşmasına nail olmaq, qayğı göstərmək olub.
Zümrüd
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK