Mənsimov 80 milyonluq alış-veriş üçün Bakıya niyə gəlmədi?
Bizi izləyin

İdman

Mənsimov 80 milyonluq alış-veriş üçün Bakıya niyə gəlmədi?

Mənsimov 80 milyonluq alış-veriş üçün Bakıya niyə gəlmədi?

“Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimovun iyunun ilk günündə Bakıya gələcəyi deyilirdi.

İddialara görə, Mübariz Mənsimovun Bakıya səfərinin arxasında iki məqsəd dururdu – həm klubun boş qalan baş məşqçi postuna yeni təyinatı rəsmiləşdirmək, həm də Hafiz Məmmədovun komandasının – “Bakı”nın satışa çıxarıldığı (80 milyon) bazasını almaq.

Mübariz Mənsimovun Bakıya gəlib-gəlmədiyini dəqiqləşdirmək üçün “Xəzr Lənkəran” rəhbərliyi ilə əlaqə saxladıq. Publika.az-a danışan “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Mübariz Mənsimovun Bakıya gəlmək istəməsinin iki məqsəddən qaynaqlandığını bildirdi:

“Mübariz Mənsimovun Bakıya gəlmək istəməsi təkcə məşqçi problemini həll etmək üçün deyil. Onun Bakıda bir çox işləri var idi. O cümlədən də klub rəhbərliyi ilə görüşəcəkdi. Baş məşqçi problemi hələ ki həllini tapmayıb. Çünki Mübariz Mənsimov hazırda İstanbulda da deyil. Mübariz müəllim İstanbula gələndən sonra klub rəhbərliyi ilə görüşəcək. Görüş ya Bakıda, ya da İstanbulda gerçəkləşəcək.

M. Mənsimovun Bakıya gələ bilməməsinin səbəbi onun işləri ilə əlaqədar olaraq xarici ölkələrin birində olmasıdır. O ki qaldı Mübariz Mənsimovun “Bakı” klubunun bazasını alacağı məsələsinə, bu, tamamilə yanlışdır. Bu söhbət kiminsə uydurmasıdır. Ümumiyyətlə, bu məsələ heç gündəmimizdə deyil. Bizim bir bazamız var, digəri də Bakıda yox, Masallıda yaradılacaq”.

Publika.az-ın qeydi: Hüseyn Cəbrayıloğlunun açıqlamasında təzadlı məqamlar var. Lənkəranla Masallı arasındakı məsafə cəmisi 30 kilometrdi. Maraqlıdır, Lənkəranda bazası olan klub Masallıda əlavə bazanı niyə tiksin? Üstəlik, klub rəhbərliyi bəyan edib ki, Masallıda baza yox, futbol akademiyası inşa ediləcək. Lənkəran klubuna məhz Bakıda baza lazımdı. Səfər oyunları zamanı məskunlaşmaq və məşq etmək üçün.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm