Atasına qarşı qiyam hazırlayır
Bizi izləyin

İdman

Atasına qarşı qiyam hazırlayır

Atasına qarşı qiyam hazırlayır

İyun ayında Braziliyanın San-Paulu şəhərində FİFA-nın qurultayı keçiriləcək.

Publika.az xəbər verir ki, qurultay zamanı 54 federasiya rəhbərinin qiyamı gözlənilir. FİFA prezidenti Yozef Blatter yenidən bu posta seçilmək fikirindədi. Ancaq 54 federasiya rəhbəri bu postda UEFA prezidenti Mişel Platinini görmək istəyir. Federasiya rəhbərləri qurultay günü oturaq aksiya keçirməyi planlaşdırıblar.

Qeyd edək ki, bir müddət əvvəl Blatter Platininin onu yerinə göz dikdiyinə inanmadığını bildirmişdi. FİFA prezidenti “Platini mənim oğlumdur, atasını öldürməz” demişdi.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm