Zaqatalada Belçikadakından 2 dəfə çox qazanır
Bizi izləyin

İdman

Zaqatalada Belçikadakından 2 dəfə çox qazanır

Zaqatalada Belçikadakından 2 dəfə çox qazanır

"Simurq"da maaşlar kifayət qədər əlverişlidir. Məsələn, burada "Lyers"də aldığımdan iki dəfə çox qazanıram".

Publika.az xəbər verir ki, bu sözləri "Simurq"un futbolçusu Benjamin Lambot deyib.

Yarımmüdafiəçi Belçika mətbuatına açıqlamasında "Simurq"a keçidindən danışıb: "Ötən ilin yayında "Lyers"in idman direktor Tomaş Radzinskidən gələcək karyeramla bağlı söz soruşdum. Mənə bildirdilər ki, klubun akademiyasından gələcək bir futbolçu üçün yer boşaltmaq istəyirlər. Belədə mən də öz menecerimlə əlaqə saxladım ki, özümə yeni klub axtarım.Bir neçə təklif almışdım. Elə həmin ərəfədə "Simurq" variantı yarandı. Düşündüm ki, Azərbaycana getmək maraqlı olar. Tədricən özüm üçün yeni ölkə tanıyıram".

"Komandamızda daha çox azərbaycanlı futbolçular yer alırlar. Amma əcnəbilər də var – serblər, xorvatlar və s. İngilis dilində danışırıq. Yerlilər məni təəccübləndirdilər. Mən bu qədər texnikalı uşalar görəcəyimi gözləmirdim", – deyə belçikalı futbolçu bildirib.

Lambot Zaqataladakı həyatından da danışıb: "Zaqatalada oyunlara orta hesabla 3-4 min adam gəlir. Darıxdırıcı olanda şəhərin mərkəzində gəzişmək olur. Baxmayaraq ki, çox da böyük deyil. Yaxud da ikisi sırf idman olmaqla 60 televiziya kanalına baxmaq imkanım olur. Sosial şəbəkələrdə çox otururam. Bu da dostlarımla, ailəmlə mütəmadi əlaqə saxlamaq üçündü".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm