• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Binəliləri qovdular

  • İdman
  • 3 İyun 2014 16:16
  • 480 Baxış
Binəliləri qovdular

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, komitə üzvləri həvəskarlar arasında Azərbaycan birinciliyinin “Binə” və “Çağırğan” arasındakı final oyunundakı dava-dalaşa hüquqi qiymət verib. İntizam Komitəsinin qərarlarını təqdim edirik:

28 may 2014-cü il tarixdə Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” - “Çağırğan” oyununun 113-cü dəqiqəsində “Binə” klubunun futbolçusu Cavid Tarıverdiyev rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalanıb. Bu hadisədən sonra oyunun 114-cü dəqiqəsində “Binə” klubunun azarkeşləri meydana daxil olub və “Çağırğan” klubunun futbolçularına hücüm edib. Buna cavab olaraq “Çağırğan” klubunun azarkeşləri də meydana daxil olub və tərəflər arasında insident yaşanıb. Hakimin, polisin və AHFF-in nümayəndələrinin səyi nəticəsində 8 dəqiqəlik məcburi fasilədən sonra oyun bərpa edilib. Oyunsonrası mükafatlandırma mərasimində “Binə” klubunun bəzi futbolçuları onlara təqdim olunan medalları etiraz əlaməti olaraq azarkeşlərə tərəf atıb.

1. “Binə” komandası AHFF-nin keçirdiyi XVI Ölkə Kuboku yarışlarından kənarlaşdırılsın.

2. “Binə” komandası AHFF-nin 2014/15 illər mövsümündə keçiriləcək XVII Ölkə birinciliyi və Kuboku yarışlarınnan kənarlaşdırılsın.

3. “Binə” klubunun baş məşqçisi Məmmədəli Ağatalıbov növbəti bir il ərzində AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda məşqçi kimi fəaliyyətinə qadağa qoyulsun.

4. “Çağırğan” komandası AHFF-nin 2014/15 mövsümündə keçiriləcək XVII ölkə birinciliyinin 3 təqvim oyununu neytral meydanda boş tribunalar qarşısında keçirsin.

5. 28 may 2014-cü il Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” - “Çağırğan” matçının 62-ci dəqiqəsində “Binə” klubunun futbolçusu Vüqar Musayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

6. Oyunun 113-cü dəqiqəsində “Binə” klubunun futbolçusu Cavid Tarıverdiyev rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR