Bakının tələbi ilə erməni musiqisindən imtina etdilər
Bizi izləyin

İdman

Bakının tələbi ilə erməni musiqisindən imtina etdilər

Bakının tələbi ilə erməni musiqisindən imtina etdilər

Belarus yığması bəstəkar Aram Xaçaturyanın musiqisi altında çıxış etməkdən imtina edib.

Publika.az xəbər verir ki, Belarus tərəfi bunu Bakıda baş tutacaq bədii gimnastika üzrə Avropa çempionatının təşkilatçılarının tələbi ilə ediblər. Bu barədə Minskdə keçirilən mətbuat konfransında komandanın məşqçisi İrina Leparskaya məlumat verib. Onun sözlərinə görə, yığma üç il müddətində “Qılıncla rəqs”də Xaçaturyanın musiqisi altında çıxış edib. İndi isə təşkilatçıların tələbi ilə başqa bir musiqinin sədaları altında təcili məşq etməli olublar.

Qeyd edək ki, bədii gimnastika üzrə 30-cu avropa çempionatı 13-15 iyun tarixlərində Bakıda keçiriləcək.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm