“Qəbələ” bolqarla anlaşdı
Bizi izləyin

İdman

“Qəbələ” bolqarla anlaşdı

“Qəbələ” bolqarla anlaşdı

"Qəbələ"nin baş məşqçi postunu kimin tutacağı bəlli olub.

Publika.az xəbər verir ki, bölgə klubu Cənubi Kiprin AEL klubundan ayrılan bolqar mütəxəssis İvalyo Petevlə anlaşıb. Onunla yaxın günlərdə 2 illik müqavilə imzalanacaq.

Bolqar mütəxəssis gənc olmasına baxmayaraq, çalışdığı klublarda uğur qazanmağı bacarıb. O, başçılıq etdiyi "Ludoqorets"i 2010/11 mövsümündə aşağı dəstədə çempion etməklə elitaya yüksəldib. Daha sonra 2 dəfə Bolqarıstan çempionu olub (2011/12, 2012/13), ölkə kubokunu (2012) və Superkubokunu (2012) qazanıb. 2013-cü ildə qısa müddət "Levski"ni çalışdıran Petev daha sonra Cənubi Kiprə üz tutub. AEL onun rəhbərliyi altında ölkə çempionatının gümüş medallarını qazanıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm