Devid Bekhem qayıdacağını etiraf etdi
Bizi izləyin

İdman

Devid Bekhem qayıdacağını etiraf etdi

Devid Bekhem qayıdacağını etiraf etdi

Futbolun canlı əfsanəsi Devid Bekhem yenidən yaşıl meydanlara qayıda biləcəyi ilə bağlı maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, keçmiş futbolçu BBC-nin onunla bağlı çəkdiyi verilişdə futbolçu karyerasını başa vurmasından sonra çətin dövr yaşadığını etiraf edib:

“İlk dövrlər dincəlmək fürsətim olduğu üçün özümü xoşbəxt sayırdım. Amma zaman keçdikcə, bu durumdan narahat olmağa, sıxılmağa başladım. Artıq basketbol oyunlarını izləyirəm.

Futbolçular gözəl oyun göstərəndə, içimdə təəssüf yaranır. Yenidən köhnə günlərə qayıtmaq istəyirəm. Öz-özümə “Futbola dönə bilərəmmi? Təqaüdçü həyatından qurtularaq yenidən oynaya bilərəmmi?” suallarını verirəm”.

Mayamidə futbol klubu almaq niyyətində olduğunu deyən keçmiş ulduz öz klubunda oynaya biləcəyini də etiraf edib:

“Bundan əvvəl həm klub sahibi, həm də futbolçu olan şəxsi tanımıram. Amma niyə də bu sahədə bir ilk yaratmayım?”

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm